SON XƏBƏR

“Qarabağ” “Sürix”lə oyunu stadionda izləmək istəyənlərə müraciət etdi

İyul 25
09:46 2022
"Qarabağ" klubu iyulun 27-də İsveçrədə "Sürix”ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Müraciətdə deyilir: 

"UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Sürix” (İsveçrə) - "Qarabağ” matçını "Letsiqrund” stadionundan izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü satılacaq. Biletin qiyməti 25 İsveçrə frankıdır (CHF).

Bilet satışı ilə bağlı detallı məlumat daha sonra veriləcək". 

Qeyd edək ki, görüş iyulun 27-də Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook