SON XƏBƏR

"Qarabağ"dan əzmkar qələbə

Oktyabr 21
23:46 2021
"Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsində III turun oyununa çıxıb.

Qlobal.Az xəbər verir ki, H qrupunda mübarizə aparan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan "Kayrat"ını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayıb. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edib.

Görüş ağdamlılar üçün yaxşı başlamayıb. Müadfiədən oynayan qazaxlar əks həmlələrin birində penalti vurmaq hüququ qazanıb. 19-cu dəqiqədə hesabda geri düşən ağdamlılar fasiləyədək üstün tərəf olsa da, istəyinə çata bilməyib.

Vadcinin önəmli anlarda işinin öhdəsindən gələ bilməməsi, Kadi Borgesin reydlərinin uğurlu alınmaması Qurban Qurbanovun əvəzləmələrə əl atmasını vacib edib. Nəhayət, oyuna sonradan qoşulan Ramil Şeydayevin bərabərlik qolu hücumda olan tərəfi  qələbə qazanmağa vaxt qaldığına inandırıb. İnamla irəli atılan "köhlən atlar" 90+2-ci dəqiqədə dramatik qələbəni reallaşdırıb. Azarkeşlərini geridönüşlə sevindirən ağdamlıların zəfər qolunu isə Abbas Hüseynov vurub.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu
III tur

"Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan) 2:1 

Qollar: Ramil Şeydayev, 79. Abbas Hüseynov, 90+2 - Xose Kante, 19-pen.
Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Kayrat: 1. Stas Pokatilov, 4. Nurəli Alip, 11. Yan Voroqovski, 15. Frank Banyak, 16. Rikardo Alves, 18. Xose Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç, 24.
Dino Mikanoviç, 25. Joao Paulo, 33. Denis Polyakov.

Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Guljigit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23.
Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev.

Baş məşqçi: Kurban Berdıyev.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook