SON XƏBƏR

“Qarabağ”ın üçüncü transferini rəsmən açıqladı (FOTO)

İyul 19
12:24 2020
"Qarabağ” Kevin Medinanı rəsmən transfer edib.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi sosial şəbəkələri məlumat yayıb. "Xoş gəldin, Kevin Medina” deyə klubun paylaşımında bildirilir. 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalandığı qeyd edilir.

Qeyd edək ki, Kevin Medina Portuqaliyanın "Çaves" klubundan transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində 22 oyuna çıxaraq 1 qol vurub. 27 yaşlı stoper əvvəllər Portuqaliyanın "Naval", "Moura", "Sintrense", "Pinhalnovense" və "Akademika Viseu" klublarında oynayıb.

Xatırladaq ki, "Qarabağ” daha əvvəl müdafiəçi Donald Gerye və qapıçı Emil Balayevi heyətinə qatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook