SON XƏBƏR

"Qarabağ"la "Sabah"dan qələbə

Dekabr 17
09:01 2021
Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub. 

Qaynarinfo xəbər verir ki, turun son oyun günündə iki matç keçirilib. Öncə "Səbail” "ASCO Arena"da "Sabah”ı qəbul edib. Masazır təmsilçisi səfərdə darmadağına sevinib - 0:3

Günün son matçında "Qarabağ” öz meydanında "Zirə”ni qəbul edib. "Köhlən atlar" Musa Qurbanlının dublu sayəsində inamlı qələbə qazanıb.

İlk oyun günündə "Qəbələ” - "Neftçi” görüşündə 1:1 hesablı bərabərlik qeydə alınıbsa, "Keşlə” səfərdə "Sumqayıt”ı üstələyib - 3:1.
 
Azərbaycan Premyer Liqası
 
14-cü tur
 
16 dekabr
 
"Səbail” – "Sabah” 0:3 
(Coy-Lens Mikels, 33, Ceyhun Nuriyev, 46. Xuan Kamara, 90+4

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov

"ASCO Arena”

"Qarabağ” – "Zirə” 2:0 
(Musa Qurbanlı, 6; 53)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov

"Azersun Arena”
 
Turun öncəki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
 
"Qəbələ" - "Neftçi" 1:1
"Sumqayıt" - "Keşlə" 1:3
 
"Qarabağ" - 33, "Qəbələ" - 26, "Neftçi" - 22, "Zirə" - 22, "Sabah" - 17, "Keşlə" - 14, "Sumqayıt" - 12, "Səbail" - 10
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook