SON XƏBƏR

Qəhrəmanlıq dastanı yazan şəhid Röyad Məmmədov - VİDEO

Dekabr 22
17:00 2020
Keçən hər gün tarixə dönür. Amma tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur. Xalq olaraq keçdiyimiz Vətən müharibəsi. Belə günləri unudulmaz edən qəhrəman şəhidlərdir! Bu qəhrəmanlardan biri də Masallı rayonunun Mahmudavar kənd sakini Röyad Məmmədovdur. 

Baku TV xəbər verir ki, şəhidimizin arzusu ali təhsil alıb vətəninə xidmət etmək idi. Xəyallarının bir addımlığında hərbi xidmətə yollanan R.Məmmədov 20 yaşında şəhadət zirvəsinə yüksəldi.

R.Məmmədov 2018-ci ildə Tovuz rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılır. Vətən müharibəsinin başlandığı ilk gündən isə döyüşlərə qatılır. Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edən igidimiz Laçın dəhlizində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. 

O, minaatanlardan atılan atəş nəticəsində qəlpə yarası alaraq, vətənimizin haqq savaşında canından keçib. 

Qeyd edək ki, Röyad Məmmədov ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamıyla "Vətən uğrunda” medalı ilə təltif olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook