SON XƏBƏR

“Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq” - Fazil Mustafa

Oktyabr 09
10:36 2021
Ermənistan BMT-nin Beynəlxalq Məhkəməsinə ilk dəfə iddia edir. Bu işlə bağlı BMT məhkəməsində Ermənistanın maraqlarını təmsil edəcək Ermənistanın AİHM-dəki nümayəndəsi Yeqişe Kirakosyan Ermənistan mətbuatına verdiyi müsahibədə belə deyib.

14-15 oktyabr tarixlərində Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı təcili tədbirlər görməsi tələbi ilə bağlı dinləmələr keçiriləcək. Ermənistan məhkəmədən Azərbaycana qarşı bir sıra təcili tədbirlər görməsini, o cümlədən hərbi əsirlərin və saxlanılan mülki şəxslərin geri qaytarılmasını, "Qənimətlər parkının" bağlanmasını tələb edir. Onun sözlərinə görə, bu iddia bəyanatı Ermənistanın görünməmiş bir addımıdır.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, "Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, bu günə kimi Azərbaycan xalqına qarşı göstərilmiş erməni vəhşiliyi, vandalizmlə bağlı heç bir tədbir göstərməyən beynəlxalq təşkilatlar Azərbaycana təzyiq edə bilməyəcək.

"Əslində, Ermənistanın özünə qarşı yetərincə faktlar var. Azərbaycan şəhərlərinə, silahsız insanlara qarşı törədilmiş hərbi cinayətləri sübut eləmək elə də çətin deyil. Azərbaycan hökuməti bütün faktları toplayaraq, beynəlxalq instansiyaların diqqətinə çatdırmalıdır. Ən əsası, Azərbaycan öz torpaqlarında, işğalçılara qarşı döyüşüb”, - deyə deputat bildirib.

O qeyd edib ki, dünyanın bir çox yerində müharibə muzeyləri, qənimət sərgiləri var və Bakıdakı "Qənimətlər Parkı”nda da insanlığa qarşı, beynəlxalq hüquqlara qarşı hər hansı bir əlamət yoxdur.

"Onlar törətdikləri vəhşiliklər haqqında kitablar yazanda, sənədli filmlər çəkəndə, faşist və terrorçuları milli qəhrəman elandə onlara heç nə deyən olmadı. İndi bizə nə deyəcəklər? Müharibədə biabırçı şəkildə məğlub olan Ermənistan indi həm dünyada, həm də xalqı qarşısında nəyəsə çalışırmış kimi görünməyə çalışır. Bu, sadəcə bir təzyiq vasitəsidir. Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq”, - deyə F.Mustafa vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook