SON XƏBƏR

“Qiymət artımının arxasında süni inhisarçı şirkət kimi “Azərsun” Holdinq durur” – İqtisadçı alim

Oktyabr 11
17:31 2021
Qiymətləri heç bir əsas olmadan kim, ya da kimlər qaldırır? Ümumiyyətlə Azərbaycanda qiymət artımını yaradan əsas səbəb, ya da səbəblər hansılardır?..

Məhəmməd Talıblı: "Yağın qiymət artımları 38-45% arasında dəyişib. Bu olduqca iri nisbətdə qiymət artımından xəbər verən fəlakətdir”.

"Qiymətlərə dövlət müdaxilə edə bilmir və buna görə tənzimləmə alətlərindən ciddi sürətdə istifadə edilməlidir”.

Bu sözləri iqtisadiçı alim Məhəmməd Talıblı Azərbaycanda son bir ay müddətində qiymətlərdə kəskin artımın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda son bir ay müddətində qiymətlər hiss olunacaq qədər artıb. Rəsmi statistika bunu tam etiraf etməsə də qiymət artımı artıq əsas sosial-iqtisadi problemə çevrilməkdədir. Əhali arasında isə supermarketlərin hər gün artan qiymətlərindən narazılıq ən yüksək səviyyədədir.

Bəs qiymətləri heç bir əsas olmadan kim, ya da kimlər qaldırır? Ümumiyyətlə Azərbaycanda qiymət artımını yaradan əsas səbəb, ya da səbəblər hansılardır və Azərbaycanda fəaliyyət göstərən supermarket əncirləri bu qiymət artımında hansı rolu oynayır?

Qiymət artımını pia.az-ın əməkdaşı iqtisadçı alim Məhəmməd Talıblı ilə müzakirə edib.

Məhəmməd Talıblı: "Ölkədə yüzlərlə yağ və kərə məhsulları idxal olunduğu bir zaman yağların qiymətlərinin birdən-biriə sinxron olaraq artırılması inhisarçıların sanki eyni mərkəzdən idarə olunması haqqında təəsuratı dəqiqləşdirir”.

İqtisadiyyat Nazirliyinin İstehlakçılarının hüquqları ilə bağlı aidiyyatı quruma belə şirkətlərlə bağlı soğrular göndərmədiyini nəzərə çatdıran iqtisadçı alim pia.az-a açıqlamasında sual edir ki, İqtisadiyyat nazirliyi niyə Sanitar-baytarlıq normalarına uyğun olmayan məhsul istehsalına görə sərt tələblər irəli sürüb istehlakçıların hüquqların qorumur? İqtisadçıya görə bunlar olduqca ciddi narahatlıq yaradan məsələlərdir:

"Doğrudan da ölkədə son aylar sürətli qiymət artımları müşahidə olunmaqdadır. Bu açıq gözlə görünəcək formada təzahür edir. Xüsusilə yağın qiymət artımları 38-45% arasında dəyişib. Bu olduqca iri nisbətdə qiymət artımından xəbər verən fəlakətdir. Niyə bunu fəlakət adlandırıram?

Əvvəla, ölkədə yüzlərlə yağ və kərə məhsulları idxal olunduğu bir zaman yağların qiymətlərinin birdən-biriə sinxron olaraq artırılması inhisarçıların sanki eyni mərkəzdən idarə olunması haqqında təəsuratı dəqiqləşdirir.

İkincisi, yağ kütləvi istehlak malları qrupuna daxildir. Onu hamı istehlak edir. Bu həm də həssas sosial qrupların ailə büdcələrində xüsusi çəki yaradır və onları sürətlə yoxsullaşması riskini doğrur.

Üçüncüsü, bu qiymət artımının arxasında birmənalı olaraq süni inhisarçı şirkət kimi "Azərsun” Holdinq durur. Bu şirkət ərzaq və kənd təsərrüfatının müəyyən seqmentində inhisarçı paya sahibdir.
Məhəmməd Talıblı: "Məhsulların keyfiyyəti və istehlakçılarının hüquqlarının müdaxiəsi nöqteyi-nəzərindən də şirkətlər qarşısında ciddi tələblər qoymalıdır. Bu bazar iqtisadiyyatının əsas prinsiplərinə zidd deyil”.

Dördüncüs, İqtisadiyyat Nazirliyinin İstehlakçılarının hüquqları ilə bağlı aidiyyatı quruma niyə belə şirkətlərlə bağlı soğrular göndərmir? Hesabatlılıq tələb edir? Sanitar-baytarlıq normalarına uyğun olmayan məhsul istehsalına görə sərt tələblər irəli sürüb istehlakçıların hüquqların qorumur? Bunlar olduqca ciddi narahatlıq yaradan məsələlərdir.

Ona görə də yalnız yağın qiymətlərinin artırılması deyil, həm də onun keyfiyyət göstəricilərinin də ciddi monitorinqinə ehtiyac var. Qiymətlərə dövlət müdaxilə edə bilmir və buna görə tənzimləmə alətlərindən ciddi sürətdə istifadə edilməlidir. Bununla yanaşı məhsulların keyfiyyəti və istehlakçılarının hüquqlarının müdaxiəsi nöqteyi-nəzərindən də şirkətlər qarşısında ciddi tələblər qoymalıdır. Bu bazar iqtisadiyyatının əsas prinsiplərinə zidd deyil”.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook