SON XƏBƏR

Qorxmaz Hüseynovun kürəkəni saxlanılıb

May 09
23:13 2021
Bir neçə gün öncə mediada  yayılan xəbərə görə, "Azərsu" ASC- nin sədri Qorxmaz Hüseynovun (onda hələ vəzifədə idi) qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. 

Onun qəza zamanı içkili olduğu bildirilirdi. 

Hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. 

Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.

T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək, lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. O bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək.

Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. 
 
Məlumata görə, "Azərsu" ASC-nin sabiq  sədri  Qorxmaz Hüseynovun kürəkəni Turan Həsənzadə  saxlanılıb.(nuh.az)
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook