SON XƏBƏR

Quterreş yenidən BMT-nin Baş katibi oldu

İyun 18
18:03 2021
BMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterriş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.

Qlobal.az xəbər verir ki, müvafiq qərarı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.

"Məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterriş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, - o bildirib.

Xatırladaq ki, Quterriş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook