SON XƏBƏR

"Real Madrid" 20 illik tərəfdaşlıq müqaviləsindən 360 milyon avro qazanacaq

May 20
08:26 2022
İspaniya "Real Madrid"i "Sixth Street" investisiya şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

"Report" "kral klubu"nun rəsmi saytına istinadla xəbər verir ki, anlaşmanın müddəti 20 il, dəyəri isə 360 milyon avrodur.

Madrid təmsilçisi bu vəsaitlə ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması işlərini davam etdirəcək.

"Sixth Street" şirkəti isə bilet satışı istisna olmaqla, arenadakı digər bütün tədbirlərdən əldə olunacaq gəlirlərin 30 faizini özünə götürəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook