SON XƏBƏR

Roma Papası Rusiya Federasiyasını imperializmdə günahlandırıb

İyul 02
12:13 2022
Roma Papası Fransisk Rusiyanı dolayısı ilə Ukraynada «imperializmdə, ekspansionizmdə, silahlı qəsbkarlıqda» günahlandırıb və münaqişəni «amansız və mənasız aqressiv müharibə» adlandırıb. 

Bu barədə «Röyter» agentliyi xəbər verir.

Papa Romada pravoslav liderlərin nümayəndələri qarşısında çıxış edərək, müharibəni xristianların bir-birinə qarşı durması adlandırıb.

«Bölünmüş xristianların barışdırılması münaqişədə olan dünya xalqları arasında sülhə kömək vasitəsi kimi, bu günlərdə fövqəladə aktualdır, belə ki, bizim dünyamız qəddar və mənasız aqressiv müharibə ilə məhv edilib - orada bir çox xristianlar bir-biri ilə döyüşürlər» - Papa deyib.

Fransisk Rusiyanı nəzərdə tutaraq həm də deyib ki, hamı etiraf etməlidir ki, silahlı qəsbkarlığın, ekspansionizmin və imperializmin İsa tərəfindən elan edilmiş çarlıqla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, ardıcıl olaraq ikinci gündür ki, Roma Papası Ukraynadakı müharibədən danışır. Bir gün əvvəl o, Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsini pisləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook