SON XƏBƏR

Roma Papası yerli sakinlərdən üzr istəmək üçün Kanadaya getdi

İyul 25
10:53 2022
Roma Papası Fransisk "bağışlanma yalvarışı" kimi təsvir edilən praqram üçün Kanadaya yollanıb. Edmonton hava limanında dünya katoliklərinin liderini baş nazir Castin Trudo, ilk aborigen general-qubernatoru Meri Simon, eləcə də Kanadanın yerli başçıları qarşılayıblar.

Qaynarinfo bu baraədə BBC-yə istinadən xəbər verir.

Səfər zamanı Papa Fransisk Kanadanın yerli sakinlərindən bir daha rəsmi şəkildə üzr istəyəcək.

Keçən il Katolik kilsəsi aclıqdan həlak olmuş yerli uşaqların basdırıldığı 1200 naməlum məzarın tapılmasından sonra Kanadanın yerli xalqından rəsmi olaraq üzr istəyib.

Bu altı günlük səfər zamanı Papa Alberta, Kvebek və Kanadanın şimal ərazilərini ziyarət edəcək.

Qeyd edək ki, 1800-1990-cı illər arasında "mədəni inteqrasiya" siyasətinin bir hissəsi olaraq 150.000 "Inuit" və "Mati" uşaqları aylar-illər ərzində ailələrindən ayrılaraq Katolik kilsəsi tərəfindən idarə olunan məktəblərə göndərilib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook