Rusiya: Azərbaycanla birgə brakonyerlik əleyhinə tədbirlərin səmərəsi artıb
May 27
09:37
2022
Xəzər dənizi hövzəsində brakonyerlik (qanunsuz ov-red) fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin səmərəliliyi artıb. Rusiyanın Azərbaycan və Qazaxıstanın sərhəd qurumları ilə birgə həyata keçirilən tədbirlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozan 1 500-dən çox brakonyer saxlanılıb, 60 kiçik qayıq və 54 km balıqçı toru götürülüb.
"Report” xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov deyib.
O, qeyd edib ki, görülən tədbirlər nəticəsində təxminən 1,5 tona yaxın nərə balığının qanunsuz dövriyyəsi dayandırılıb. 1,2 minə yaxın nərə balığı təbii yaşayış yerlərinə buraxılıb.