SON XƏBƏR

Rusiya Belarusa Qərbin sanksiyalarına cavab hazırlamaqda kömək edəcək

İyun 02
17:46 2021
Rusiya Federasiyası və Belarus səlahiyyətliləri Qərbin sanksiyalarına cavab tədbirlərini birlikdə hazırlayacaqlar.

Qaynarinfo "Belarus Seqodnya"ya istinadla xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin başçısı Roman Qolovçenkoya müvafiq əmr verib.

Eyni zamanda, o, Qərbin sanksiyalarını "respublikanın iqtisadi sahələrinə basqın cəhdi" adlandırıb. Belarus liderinə görə, "bu cür hərəkətlərin hamısı uğursuzluğa məhkumdur".

Lukaşenko hava nəqliyyatı sahəsindəki məhdudiyyətlər səbəbindən Qərb ölkələrinin Minskdən daha çox şey itirəcəyinə inandığını da bildirib.

Bundan əlavə, Lukaşenko Minskin yaxın zamanda müasir rus silahları alacağını deyib. Rusiya silahlı qüvvələrinin qonşu bir dövlətdə yerləşdirlməsinə və ya hərbi bazaların yaradılmasına gəlincə, bu "vəziyyətin kəskinləşməsi, xüsusilə NATO qüvvələrinin aktivləşməsi halında" həyata keçiriləcək. Siyasətçi "Qərbdəki əclafların" Belarusu digər ölkələrdə bazalarının olmasına görə qınamaq məcburiyyətində qalmayacağını vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Minskdə Ryanair təyyarəsi ilə əlaqədar hadisəyə cavabdeh olanlara qarşı sanksiyaların AB-nin iyun ayında keçiriləcək zirvəsində müzakirə ediləcəyini söyləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook