SON XƏBƏR

Rusiya Ermənistana nota verdi

Avqust 17
12:11 2022
Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb "Sürməli” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.

"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Sasna Tsre” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook