SON XƏBƏR

Rusiya həmsədrlərin Qarabağa səfər edə bilməməsindən narahatdır

Yanvar 18
15:21 2022
Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa səfər edə bilməməsindən narahatdır.
 
Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya” agentliyinin onlayn brifinqində deyib.
 
"Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələ də regiona səfər edə, vəziyyətlə tanış ola, insanlar arasında əlaqələrin qurulmasında, humanitar problemlərin həllində tərəflərə kömək edə bilmirlər", Lukaşeviç bildirib.
 
Rusiyalı diplomat əminliklə bildirib ki, çox yaxın gələcəkdə həmsədrlər regiona səfər edəcək, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook