SON XƏBƏR

“Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur” - Budanov

İyun 28
10:57 2022
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin başçısı Kirill Budanov bildirib ki, Rusiya sona qədər vuruşacaq. Çünki müharibənin dayandırılması onlar üçün dövlətçiliyin məhvinə bərabərdir.

"Financial Times”-ın məlumatına görə, BKİ rəisi Qərb həmkarları ilə bu məsələdə həmrəydir ki, RF ordusu demoralizə olub. Amma o inanmır ki, rusiyalı faşistlər Ukraynanın işğal olunmuş ərazilərini tərk etinlər.

"Əgər Rusiya indi etiraf etsə ki, Ukraynaya qalib gələ bilməyib, bu, tək Putin sisteminin yox, dövlətçiliyin çöküşü olacaq. Ona görə də Rusiya ordusu axıra qədər vuruşmağa məcbur olacaq. Onların başqa çıxış yolu yoxdur” – deyə, Budanov qeyd edib.

"AzPolitika.info”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook