Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov Ukraynada yaralanıb
May 01
17:02
2022
Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
Qeyd edilir ki, 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati üçün təhlükə yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.
"Vertical” teleqram kanalının məlumatına görə, baş qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır, onların təchizatı dayandırılıb.