Rusiya XİN: "Cənubi Qafqazda əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib"
Noyabr 25
15:21
2021
Cənubi Qafqaz regionunda əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə sabah Soçidə keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə suala cavabında bildirib.
Onun sözlərinə görə, ali səviyyədə görüşləri şərh etmək Rusiya Prezident administrasiyasının səlahiyyətindədir.