SON XƏBƏR

Rusiyanın hərbi saytı İran təyyarəsinin sərhədimizdə kəşfiyyat aparmasından yazdı

Sentyabr 21
15:12 2021
İran tərəfinin bu cür hərəkətləri Azərbaycan qoşunlarının və hərbi texnikasının İran sərhədinə yaxınlaşmasından qaynaqlanır.

Qaynarinfo xəbər verir ki, bu fikirlər voennoedelo.com saytının xəbərində yer alır. Xəbərdə deyilir:

"İran və Azərbaycan arasında münasibətlərin kəskinləşməsi mövzusunda yazmaqda davam edən bir sıra Rusiya KİV-lərinin jurnalistlərinin məlumatına görə, bir neçə saat əvvəl İran Hərbi Hava Qüvvələrinə aid bir təyyarə Azərbaycan ərazisində kəşfiyyat aparmaq üçün havaya qaldırılıb. İran tərəfinin bu cür hərəkətləri 44 günlük savaşdan sonra Azərbaycan qoşunlarının və hərbi texnikasının İran sərhədinə yaxınlaşmasından qaynaqlanır.

Sosial şəbəkələrin azərbaycanlı istifadəçilərinin məlumatlarına istinad edərək oxuculara bildirilir ki, İran hərbi təyyarəsi hətta Azərbaycanın hava sahəsinin sərhədini pozub. Lakin jurnalistlərin xəbər verdikləri kimi, monitorinq mənbələrinin açıq məlumatlarından İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Azərbaycan sərhədlərini pozmadığı dərhal aydın olur.

Jurnalistlər hesab edirlər ki, İran təyyarəsi Azərbaycanın hava sərhədlərini keçməsə də, yenə də Azərbaycan Silahlı Qüvvələrinin bölgədə yerləşdirilmiş qüvvələri və aktivləri haqqında dəyərli məlumatlar ala bilər, çünki rusiyalı jurnalistlər "münaqişə yaranması ehtimalı çox yüksəkdir". 

Qeyd edək ki, bir qədər əvvəl İran Silahlı Qüvvələrinin Azərbaycanla sərhədə bir neçə yüz tank, PUA və Reaktiv Yaylım Atəş Sistemləri göndərdiyi bildirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook