SON XƏBƏR

“Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır” - Sergey Markov

İyul 01
16:00 2022
"Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq. Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan - Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaq”.

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb: "Şimal-Cənub” və "Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”.

O həmçinin bildirib ki, bu, Azərbaycanın dünya miqyasında belə böyük layihələrin həyata keçirilməsində lider olan ölkə kimi statusunu yüksəldəcək.

Politoloqun sözlərinə görə, Xəzər regionunda əməkdaşlıq digər dövlətlər üçün nümunədir: "Bütün bu ölkələr bir-birinin milli suverenliyinə hörmət etdiyini göstərir. Üstəlik, onlar bir-biri ilə sıx əməkdaşlığın tərəfdarıdır”.

S.Markov Azərbaycanın Xəzər regionundakı bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb. //report//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook