SON XƏBƏR

Rövnəq Abdullayev “Rosneft”in baş icraçı direktoru ilə görüşüb

İyun 05
23:35 2021
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.

Qlobal.Az SOCAR-a istinadən xəbər verir ki, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, SOCAR prezidenti işgüzar səfəri çərçivəsində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun energetika panelində çıxış edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook