SON XƏBƏR

“Şagirdlərə kitablar hələ verilməyib, valideynlər özləri alır, pdf-dən çap edirlər”

Oktyabr 03
10:31 2022
"Oktyabrın 3-üdür, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib”.

Bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk səhifəsində yazıb.

"Şagirdlər kitabsız məktəbə gedib gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar”, – o bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Sorğunu cavablandıracaqlarını bildirdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook