SON XƏBƏR

Sahibə Qafarova Pakistandadır

İyun 01
12:10 2021
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gedib. Bununla bağlı Milli Məclis məlumat yayıb.

Ölkənin paytaxtı İslamabadın "Nur Xan” hava limanında nümayəndə heyətimizi Pakistan Senatının sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin Sədri Şahdana Gulzar Xan, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri burada işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook