SON XƏBƏR
  • Tbilisidə aksiya davam edir - Etirazçılar hökumət binasının qarşısına toplaşıbGürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan "Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib. "Report”un yerli bürosu ..
  • Bakıda keçirilən turnirdə nazirlər də yarışdı – FOTOÖtən gün – iyulun 3-də Bakıda keçirilən "IronWind 70.3” turnirində bəzi nazirlərimiz iştirak edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri..
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..

Sahil Babayev hərbçilərə qənim kəsilib – Polkovnik hərbi qulluqçulara müraciət etdi

May 10
10:54 2022
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hərbçilərə müraciət edib.

Üzeyir Cəfərov müraciətində hərbçilərin pensiya və təqaüd məsələsində üzləşdiyi qanunsuzluqlara diqqət çəkib.

Müraciəti təqdim edirik:

"Əziz hərbçi dostlar! Hörmətli ehtiyatda və istefada olan hərbi qulluqçular, o cümlədən xüsusi rütbəsi olan dostlar!

Bu müraciətim sizlərədir. Mən görürəm ki, çoxunuz ötən aylarda pensiya və təqaüdlərinizə edilən 10 faiz artımdan o qədər xoşhal olmusunuz ki, hələ də eyforiyadasınız. Xəbəriniz olsun ki, bu arada bizim "lyubimçik” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), başda ölkəmizin 1 nömrəli boksçusu olan Sahil Babayev və komandası sakitcə, xımır-xımır Milli Məclisdən biz pensiyaçıların "anasını ağlar qoymaq” üçün var gücü ilə çalışır və yaxın günlərdə bir əcaib düzəlişlə bizləri "nokdauna və nokauta” salmaq istəyir.

Dünən bu cavan nazirin özü kimi özündən razı Anar Kərimov adlı müavini Milli Məclisdə bizim adı millət vəkili olan yoldaşlar üçün bir xeyli qulaqları oxşayan "nağıllar” danışdı. Və onun bəh-bəhlə tərflədiyi pensiya qanunu ilə bağlı boğazdan yuxarı sözlərindən az qala bizim hörmətli millət vəkillərimiz bihuş olmuşdular. Diqqətinizə çatdırmaq istəyirəm ki, ƏƏSMN başbilənləri biz ehtiyatda olan güc strukturlarının əməkdaşlarını bundan sonra maaş və pensiya artımı zamanı sadəcə fakt qarşısında qoymağa cəhd edirlər. Və demək olar ki, artıq qanun qəbul edilmək üzrədir. Sizdən artıq dərəcədə xahiş və dostyana tələb edirəm ki, yatmayın. Bir az aktiv olun. Öz haqqınızı müdafiə edin. 3-5 nəfər etiraz edirik və çoxları da sakitcə kənardan baxıb gözləyirlər. Mən keçən dəfə qeyd etdim ki, bəzi general və polkovniklərdən artıq heç nə gözləmirəm. Çünki onlar subut etdilər ki, onlar sadəcə xidmət vaxtı "şir-pələng” kimi yekə-yekə danışmağı, basıb-bağlamağı bacarırlarmış. Ona görə də, biz öz ağlımız və gücümüz hesabına yenə imkan verməyəcəyik ki, kimlərsə bizim qanuni haqqımıza girsinlər və sayı yüz mindən artıq insanların əziyyətlərini, zəhmətlərini batırsınlar. Öz tərəfimdən söz verirəm ki, imkan düşdükcə həm yazılı, həm də elektron KİV-də bu və digər məsələlərimizi müntəzəm işıqlandırım və bizə qarşı qərəzli münasibət göstərmək istəyən ƏƏSMN və digər nazirlik və qurumların vəzifəli şəxslərini Silahlı Qüvvələrə qarşı bu cür qeyri-qanuni addımlardan çəkindirək. Biz mülki şəxslər deyilik. Biz Azərbaycan adlı məmləkətin müdafiəçisi olan xidmətçilərik. Xidmətçilər isə heç vaxt əmək fəaliyyəti ilə məşğul olmayıblar. Biz xahiş və tələb edirik ki, təcili "Hərbi Qulluqçuların Pensiya Təminatı” haqqında Qanun təkmilləşdirilərək bərpa edilsin. Bizə”Əmək Pensiyası” adlı qanun şamil oluna bilməz və olunmamalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook