SON XƏBƏR

Salyan rayonunda qanvermə aksiyası keçirilib - FOTOLAR

İyun 23
18:00 2022
Salyan rayonunda qanvermə aksiyası keçirilib.

Salyan rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfiziologiya Mərkəzinin təşəbbüsü və Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir.
 
Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır. Milli Hematologiya və Transfiziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
 
Gün ərzində davam edən humanitar aksiya çərçivəsində yüzə yaxın könüllü donordan qan götürülüb.
 
Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcəkdir.
 
Qlobal.Az
 

 

 

 

 

 

 

 

 

 



 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook