SON XƏBƏR

Santyaqo Kalatrava - Avropanın "körpülər allahı"

Oktyabr 24
06:34 2021
Santiago Calatrava Valls (Santiyaqo Kalatrava) 29 iyul 1951-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olub. Memar və heykəltəraş olan Santiago dünyada bir çox futuristik binaların müəllifidir. Bəzən onun estetikasına "bio-texnologiya” da deyirlər.
 
Kalatrava Valensiyada Memarlıq, İncəsənət və Sənət məktəbində təhsil alıb. 1975-ci ildə məzun olduqdan sonra Sürixdəki İsveçrə Sürix Yüksək Texniki Məktəbində  işə düzəlir. Bir müddət sonra mühəndis elmi dərəcəsinə yüksəlir. 
 
Kalatrava yaradıcılığında Le Corbusierdən təsirlənib. 
 
Dövrümüzün dahi memarı 1981-ci ildə Sürixdə öz emalatxanasını açıb, həm memar, həm də mühəndis kimi fəaliyyətə başlayır. İlk layihəsi 1983 - 1985-ci illərdə İsveçrənin Munhville şəhərindəki Jakem zavodunun anqarı olub.
  
Kalatrava 1989-cu ildə Parisdə ofisinin filialını açıb. 
 
2012-ci ildə Dövlət Ermitajında ​​Kalatravanın fərdi sərgisi keçirilib. The Art Newspaper nəşrinin yazdığına görə bu sərgi 2012-ci ildə dünyada ən çox ziyarət edilən memarlıq sərgisi olub.
 
Dünyanın bir çox universitetlərinin fəxri doktorudur. 2015-ci ildə Memarlıq üzrə Avropa Mükafatı ilə təltif edilib. 
 
Kalatravanın müəllifi olduğu memarlıq nümunələri dünyanın incilərindən sayılır. 
 
Kalatravanı dünyada çoxlu sayda körpülərin müəllifi olduğu üçün Avropanın "körpülər allahı" da adlandırırlar. 
 
Ən məşhur əsərləri:
 

 
Auditorio de Tenerifeİspaniyanın ən məşhur və tanınan binalarından biri, Santa Cruz de Tenerife şəhərinin simvolu və Kanar adalarının əsas görməli yerlərindən biridir. Müasir memarlığın ən əhəmiyyətli əsərlərindən biri hesab olunur. 2003 -cü ildə inşa edilib. 
 

 
Turning Torso -  İsveçin Malmö şəhərində, Oresund boğazının İsveç tərəfində yerləşən göydələndir. Bina Kalatrava tərəfindən dizayn edilmiş və 27 Avqust 2005-ci ildə rəsmi olaraq açılmışdır. 54 mərtəbəli binanın hündürlüyü 190 metrdir. Tamamlandıqdan sonra o, Skandinaviyadakı ən hündür yaşayış binası və Moskvadakı 264 metrlik Triumf Sarayı binasından sonra Avropada ikinci ən hündür yaşayış binası oldu. Bu bina tikilməzdən əvvəl Malmödəki ən hündür bina 82 metrlik Kronprinz binası idi.
 

 
Konstitusiya Körpüsü - Kalatrava 2008-ci ildə Böyük Kanal üzərində Venesiyadakı körpüsünü tikir. Körpü Venesiya Santa Lucia qatar stansiyasını şəhərin avtovağzalının yerləşdiyi Piazzale Roma ilə birləşdirir. Konstitutsiya körpüsü Kalatrava körpüsü və ya Dördüncü Körpü kimi də tanınır. Rəsmi ad İtaliya Konstitusiyasının 60 illiyini qeyd etmək üçün verilmişdir.
 

 
Sülh körpüsü - Kanadanın Alberta ştatının Kalqari şəhərində Bov çayı üzərində piyada körpüsüdür. Kalatrava tərəfindən layihələndirilən körpü 2012-ci il martın 24-də istifadəyə verilib.
 

 
İncəsənət və Elm Şəhəri - Valensiya şəhərində Turia çayının qurudulmuş dibində beş binadan ibarət memarlıq kompleksidir. Kalatrava tərəfindən dizayn edilən layihə üzərində iş 1989 -cu ildə başlamışdır. Kompleks müasir memarlığın ən gözəl nümunələrindən biridir.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook