SON XƏBƏR

Şarl Mişel BMT Təhlükəsizlik Şurasında dəyişikliklərə çağırıb

Sentyabr 24
11:27 2022
"BMT Təhlükəsizlik Şurasının daimi üzvü səbəbsiz və əsassız müharibəyə, BMT Baş Assambleyası tərəfindən pislənən müharibəyə başladıqda onun Təhlükəsizlik Şurasından çıxarılması avtomatik olmalıdır”.

"Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Ş.Mişel əlavə edib ki, vetodan istifadə istisna olmalıdır, lakin indi bu, qaydaya çevrilib. Onun fikrincə, bunu dəyişdirmək lazımdır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Çin, ABŞ, Fransa, Böyük Britaniya və Rusiyanın üzv dövlətlər üçün icrası məcburi olan qətnamələrə veto qoymaq hüququ var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook