SON XƏBƏR

Şəhid bulağının açılışına getməyən icra başçısı market açılışında - FOTO

Avqust 30
12:14 2021
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonda yeni istifadəyə verilən marketin açılışında iştirak edib. 
 
Qlobal.az xəbər verir ki, İcra başçısının marketin açılışda iştirak etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 
 
Belə ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr edilmiş, Böyük Kəsik kənd sakinləri tərəfindən salınmış bulağın açılışına getməyən icra başçısı market açılışına getdiyi üçün qınanılıb. 
 
Qeyd edək ki, Seymur Orucovun marketin açılışında iştirak etməsi Ağstafa rayon İcra Hakimiyyətinin rəsmi saytdında tirajlanıb. 
 
Seymur Orucov 2020-ci ilin may ayında Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook