SON XƏBƏR

Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir

Avqust 23
11:21 2022
Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.
 
"Report”un Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, yanğın nəzarətə götürülüb:

"Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook