SON XƏBƏR

Seysmoloqlar Alplarda yellənən dağ kəşf etdilər

Dekabr 25
14:05 2021
Alimlər Alp dağlarında "rəqs edən" dağ aşkar ediblər. Onlar müəyyən ediblər ki, Matterhorn zirvəsi hər iki saniyədən bir irəli-geri hərəkət edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Earth and Planetary Science Letters” jurnalında məqalə dərc edilib. Bu kəşfə Münhen Texniki Universitetinin alimləri imza atıb.

Matterhorn Alp dağlarının ən yüksək zirvələrindən biridir. Dağ İsveçrə və İtaliya sərhədində yerləşir. Dəniz səviyyəsindən 4478 metr yuxarıda yerləşir. Dəyişmələri qeyd etmək üçün alimlər bazada və yuxarıda seysmoqraf quraşdırmalı olublar.

Müəyyən edilib ki, dağ şimaldan cənuba, sonra isə qərbdən şərqə doğru hərəkət edir. Salınma tezliyi 0,42 Hz-dir. Zirvədə bu hərəkətlər aşağıda olduğundan 14 dəfə daha çox nəzərə çarpır.

Alimlər hesab edirlər ki, bu hərəkətlər seysmik fəaliyyətdən qaynaqlanır. Və bu, öz növbəsində, zəlzələlər zamanı və ya insan fəaliyyəti nəticəsində baş verir. Tədqiqatçılar digər dağ zirvələrinin də eyni şəkildə yelləndiyini irəli sürüblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook