SON XƏBƏR

Şolts: "Almaniya Ukraynaya hələ heç alman ordusunda olmayan ən son silahları göndərir"

Avqust 02
11:02 2022
Almaniya Ukraynaya silah tədarükünü davam etdirir, o cümlədən elə yeni texnika göndərir ki, onun nüsxələri heç hələ Almaniya Silahlı Qüvvələrinin arsenalında da yoxdur.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu haqda Almaniyanın kansleri Olaf Şolts "Globe and Mail"ə bildirib.

O, Berlinin əvvəllər Kiyevə tədarük etdiyi texnikanı, o cümlədən "tank əleyhinə və hava hücumundan müdafiə sistemləri, minalar, toplar, tonlarla döyüş sursatı və qeyri-öldürücü yardımı” sadalayıb və qeyd edib ki, indi Almaniya hakimiyyəti tədaürkdə "daha mürəkkəb və qiymətli sistemlərə çatıb". 

Onun sözlərinə görə, Almaniya "özüyeriyən haubitsalar, çoxsaylı buraxılış raket sistemləri, zenit sistemləri, artilleriya idarəolunan radar sistemləri” göndərir və "bəziləri o qədər yenidir ki, indiyədək onlardan çox az sayda istehsal edilib” və "bəziləri”sə heç Almaniya Silahlı Qüvvələrində xidmətə verilə bilməyiblər”.

Şolts həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri Almaniyada yeni texnikanın istifadəsi üzrə təlim keçir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook