SON XƏBƏR

Şoyqunun müavinin övladları: ABŞ vətəndaşlığı, milyonluq mülklər…

Avqust 11
16:13 2022
Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun qızlarının ABŞ vətəndaşlığı var və məmurun özü təyinatdan əvvəl Mayamidə mənzil alıb, sonradan onu öz şirkətinin əməkdaşına verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Aleksey Navalnının komandası araşdırmalarında məlumat verir.

Krivoruçko mülki şəxsdir, bu vəzifəyə 2018-ci ildə təyin edilib. Buna qədər isə o, "Kalaşnikov” konserninin əsas sahibi və "Aeroekspress”in baş direktoru idi.

Krivoruçko yeni vəzifəsində silah alışına nəzarət etməyə başlayıb. Eyni zamanda, o, iki il yarım həm nazir müavini, həm də "Kalaşnikov”un sahibi olub, faktiki olaraq özündən silahlar, aviasiya raketləri, hava hücumundan müdafiə sistemləri və ordunun xüsusi texnikasını alıb.

Nazir müavini "Miss Moskva-2001” titulunun sahibi Yekaterina Toropova ilə evlidir. O, 2007-ci ildə ərinin soyadına pasport alıb. 4 avqust 2012-ci ildə onların ABŞ-da Sofiya adlı bir qızı dünyaya gəlib və bu, ona ABŞ vətəndaşlığını almağa imkan verib. Eyni şəkildə məmurun 2016-cı il sentyabrın 23-də anadan olan ikinci qızı Anna da ABŞ vətəndaşı olub.

Müdafiə Nazirliyinə təyin olunmazdan altı il əvvəl Krivoruçko ABŞ-a 26 dəfə, ən çox Mayamiyə səfər edib. 2011-ci ildə orada şirkət açıb və şirkətin adına bir neçə milyon dollar dəyərində 255 kvadratmetrlik mənzil qeydiyyatdan keçirib. Daha sonra Krivoruçko Mayamidəki mənzili nominal qiymətinə - şirkətinin əməkdaşı Mixail Tiraturyanın adına keçirib. Həmin əməkdaş ABŞ-da "Kalaşnikov” məhsullarının satışını qurmalı idi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook