SON XƏBƏR

Şuşada Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq

İyul 06
03:57 2021
Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq. 

Fonddan verilən məlumata görə, hazırda Bakıda emalatxanada heykəlin hazırlanma prosesi gedir.

Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr – dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook