SON XƏBƏR
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..
  • Natəvan Quliyeva Latviyada konsertlə çıxış edibAzərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib. Natəvan Quliyeva görkəmli bəst..
  • İstanbulda meşələrə giriş qadağan edilibTürkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib. "Report” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.   Qeyd olunub k..

Tarixi minarənin bərpası ətrafında milyonluq qalmaqal: Məsuliyyət kimin üzərindədir?

Fevral 17
17:25 2022
Şəki şəhərində yerləşən Gileyli məscidinin minarəsində həyata keçirilmiş bərpa işlərində uyğunsuzluqları araşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Komissiya yaradılıb. 

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Hesablama Palatasının hesabatında qeyd edilən məsələyə münasibət bildirilərkən deyib.

Bildirilib ki, yaradılan Komissiyanın üzvləri həmin obyektə baxış keçirilməsi məqsədilə Şəki şəhərlərinə ezam olunublar.

Müvafiq işləri yerinə yetirən podratçı təşkilata çatışmazlıqlar barədə bildirilmiş və podratçı təşkilat xoş məram nümayiş etdirərək qeyd olunan nöqsanların aradan qaldırılacağını bildirib.

Auditin bərpa və abadlıq işlərindən çox müddət keçdikdən sonra aparılması hər iki obyektdəki uyğunsuzluqlarla bağlı intizam və digər inzibati tədbirlərin görülməsini istisna edib.

Qeyd olunur ki, Şəki şəhərində yerləşən Gileyli məscidinin minarəsi "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun nəzarətindədir və qeyd olunan Qoruq 2018-ci ilin 7 iyun tarixindən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurum kimi fəaliyyətini davam etdirir. 

Dövlət Xidmətində 2014-2020-ci illər ərzində yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılmasının gündəmdə olduğu bildirilir.

Xatırladaq ki, Hesablama Palatasının auditinin nəticələrinə əsasən, Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işlərində çatışmazlıqlar müəyyən edilib. Belə ki, minarənin pilləkəninin bərpası üzrə taxtadan əltutan və üzlük lövhələrin hazırlanması, bərk cinsli pəncərə bloklarının qoyulması, taxta döşəmənin bərpası və plintusların vurulması, taxta balyansinlərin qurulması, II dərəcəli oyma işlərinin görülməsi və həmin hissələrin laklanması üzrə müqavilədə cəmi 12 827,1 manat, minarənin ətrafında 25 kvadratmetr sahədə yaşıllıq işləri üzrə cəmi 6 008 manat, ümumilikdə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Audit Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 22 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014 - 2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilib. 

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook