SON XƏBƏR

"Tariximizdə belə papaqsızların olub-olmadığını söyləməkdə çətinlik çəkirəm" - Erməni politoloq

Yanvar 13
09:31 2022
"Biz çox ləyaqətli” cəmiyyətik. Müxtəlif elitanın üzvlərinin bu və ya digər şəkildə getdiyi və bununla (Paşinyanla) razılaşmağa çalışdığı cəmiyyət".

Qaynarinfo xəbər verir ki, bu sözləri erməni politoloq Alen Qevondyan öz "Facebook" səhifəsində yazıb.

Politoloq erməni cəmiyyətinin acınacaqlı vəziyyətindən bəhs edib:

"Ermənistanın tarixində belə papaqsızların nə vaxtsa olub-olmadığını söyləməkdə çətinlik çəkirəm. Bilin və buna alışın ki, bizim hər gün qurbanlarımız olacaq. Əslində bu bizim üçün normal haldır və onsuz da gündəlik həyatımızı yaşamağa davam edəcəyik. Bundan başqa bir neçə ah və qorxu, tənqid, 100-200 "like" və növbəti qurbana qədər hər şey "ok"...

Biz 5 mindən çox qurbanı olan bir millətik və faktiki olaraq öz uşaqlarının taleyinə tüpürmüş bir xalq․․․ Bu bir həqiqətdir, utancdan başımızı gizlətməməliyik, özümüzü eşşək yerinə qoymalıyıq və birdəfəlik siyasətə qarışmırıq deməliyik...

Üstəlik gəlin əsirlərdən danışmayaq deyək․ Axı niyə, bunlar bizim əsirimiz deyil, başqasınındır? Əsirlərin valideynləri Yeni il gecəsi hökumət binası qarşısında piket keçirirdilər, valideynlərdən bəziləri isə artıq oğullarını görmədən dünyasını dəyişib․ Axı sən necə belə ola bilərsən, mənim xalqım?"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook