SON XƏBƏR

Tikililərlə bağlı məsələləri bu şəxslər tənzimləyəcək

Avqust 05
12:40 2022
Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.
 
Bununla bağlı Prezident İlham Əliyev "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
 
Komissiyanın sədri
 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Azərbaycan Respublikasının daxili işlər naziri
 
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
 
Azərbaycan Respublikasının ədliyyə naziri
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
 
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
 
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook