SON XƏBƏR

“Trabzonspor” çempion oldu

May 01
04:36 2022
Türkiyə Super Liqasının 35-ci turunda lider "Trabzonspor” evində "Antalyaspor”u qəbul edib.

Vaxtında əvvəl çempion olmaq üçün cəmi bir xala ehtiyacı olan ev sahibləri qarşılaşmaya fəal başlayıb.

Artıq üçüncü dəqiqədə A.Kornelius hesabı meydan sahiblərinin lehinə dəyişib.

Qarşılaşmanın ilk hissəsi bu hesabla başa çatıb.

İkinci hissəyə fəal başlayan qonaqlar 51-ci dəqiqədə A.Ndaonun qolu ilə hesaba tarazlıq gətirib.

Bundan beş dəqiqə sonra "Antalyaspor” hesabda önə çıxmaq şansı qazansa da, "Trabzonspor”un qapıçısı Uğurcan Çakır Fredinin fərqlənməsinə imkan verməyib.

"Trabzonspor” qarşılaşmanın ikinci hissəsində yenidən önə keçib. D. Toköz cərimə meydançası daxilində dəqiq zərbə ilə "Trabzonspor”un ikinci qolunu vurub.

Qonaqlar qarşılaşmanın 80-ci dəqiqəsində H.Raytın qolu ilə yenidən hesaba tarazlıq gətiriblər. Oyun bu hesabla başa çatıb.

Beləliklə, xallarının sayını 77-ə çatdıran "Trabzonspor” 38 il sonra Türkiyə çempionu adına yiyələnib - 2:2.

Qeyd edək ki, "Trabzonspor” buna qədər Türkiyə çempionatlarında altı dəfə çempionluq sevinci yaşayıb. Komanda sonuncu dəfə 1983-84-cü illər mövsümündə çempionatı ilk pillədə başa vurmağa nail olub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook