SON XƏBƏR

Türkiyə ABŞ-dan 400 milyon dollarlıq silah alacaq

May 12
00:42 2022
Türkiyə ABŞ-a F-16 döyüş təyyarələri üçün raket və radarların alınması məqsədilə 400 milyon dollarlıq sorğu təqdim edib. Sorğuya Konqres tərəfindən baxılacaq.

Məlumata görə, Bayden administrasiyası Konqresin hər iki palatasındakı əsas liderlərdən Türkiyənin tələbinin qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, Türkiyə daha öncə 40 ədəd "F-16 Block 70” qırıcısı və mövcud təyyarələri üçün 80 ədəd yenilənmə dəsti almaq niyyətini açıqlayıb.

Qeyd edək ki, hazırda Türkiyə Hərbi Hava Qüvvələrində Blok 30, Blok 40, Blok 50 və Blok 50+ konfiqurasiyalarında 230-dan çox F-16 var. (Mənbə: "RİA Novosti”)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook