SON XƏBƏR

"Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir" - Mövlud Çavuşoğlu

İyun 27
12:29 2022
"Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik".

"Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.

"Hər sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Başda Türk Dövlətləri Təşkilatı olmaqla, beynəlxalq platformalarda çox sıx əməkdaşlığımız var", - XİN başçısı qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook