SON XƏBƏR

Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

İyul 07
12:12 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardım göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

Sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir və Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb.

Sənədə əsasən, Türkiyə Azərbaycana 100.000 qutu Favipiravir dərmanı göndərəcək. Yardım kimi verilən bu dərman Azərbaycanda səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək.

Qeyd edək ki, Favipiravir əsasən Yaponiyada qripin müalicəsi üçün istifadə olunan effektiv antivirus dərmanıdır. Bu preparat həmçinin, Rusiya, Yaponiya və Hindistan kimi bir sıra ölkələrdə SARS-CoV-2 koronavirusunun müalicəsində də istifadə olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook