Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib
Oktyabr 27
07:20
2021
Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.
"Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.
Qeyd edək ki, Mehmet Emin Kiraz 2019-ci ilin oktyabrında Türkiyənin Naxçıvan şəhərinə təyin edilib.