SON XƏBƏR

Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir

Yanvar 26
15:26 2022
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycan Ordusunun Quru Qoşunlarının komandolarına təlim keçir.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlim proqramı yanvarın 17-də başlayıb və 30-dək davam edəcək. Bildirilib ki, təlimlər sərt relyef və hava şəraitində keçirilir.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook