SON XƏBƏR

Türkiyə MN Hulusi Akarın Kərim Vəliyevlə görüşü ilə bağlı məlumat yayıb

Sentyabr 13
16:44 2021
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

"Report”un xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

H.Akar Türkiyənin "bir millət, iki dövlət" anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanında olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook