Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçiriləcək
İyun 28
11:25
2022
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.
"Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.