SON XƏBƏR

Vasif Talıbov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

May 07
13:23 2022
"Hazırda Azərbaycan regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin nüfuzlu beynəlxalq təşkilatlarının diqqətini Azərbaycana yönəldir".

"Report"un xəbərinə görə, bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfər Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir: "Bu qələbənin ən böyük diplomatik nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqələrinin yaradılması üçün regionda kommunikasiyaların açılması olacaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook