SON XƏBƏR

Vəkil Abdullayevin anası: "Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm"

İyun 05
14:45 2021
"Oğlumu qətlə yetirən polis əməkdaşının ən sərt şəkildə cəzalandırılmasını tələb edirəm".

Bunu "Report”un yerli bürosuna müsahibəsində Vəkil Abdullayevin anası Samirə Abdullayeva deyib.

O, oğlunu ölümcül yaralayan yol polisi müfəttişinin ötən gün azadlığa buraxılmasına etirazını ifadə edib: "Vəkilin heç bir günahı olmayıb. Polis silahla qorxuda, havaya atəş aça bilərdi. Amma oğlumu gicgah nahiyəsindən ölümcül yaralayıb".

S.Abdullayeva Rusiyanın hüquq-mühafizə orqanlarını oğlunun qətli ilə bağlı istintaqı şəffaf və ədalətli şəkildə aparmağa çağırıb.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook