SON XƏBƏR

"Vergi yoxlamalarının sayı azalsa da, vergi məbləği 4 dəfə artıb" - Mikayıl Cabbarov

Yanvar 25
11:20 2022
2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 %-ə yaxınlaşıb", - o qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook