SON XƏBƏR

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib

İyun 07
13:08 2021
Vətən müharibəsi şəhidi Vüsal Hüseynovun övladı dünyaya gəlib.

"Report"un Muğan bürosunun məlumatına görə, körpəyə şəhidin vəsiyyətinə uyğun olaraq babası Nadirin adı qoyulub.
 
Şəhidin övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.

Qeyd edək ki, şəhid Vüsal Nadir oğlu Hüseynov 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook