SON XƏBƏR
  • Tbilisidə aksiya davam edir - Etirazçılar hökumət binasının qarşısına toplaşıbGürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan "Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib. "Report”un yerli bürosu ..
  • Bakıda keçirilən turnirdə nazirlər də yarışdı – FOTOÖtən gün – iyulun 3-də Bakıda keçirilən "IronWind 70.3” turnirində bəzi nazirlərimiz iştirak edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri..
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..

Vüqar Rəhimzadə: Ölkəmizin təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter alıb

May 05
03:15 2022
"Təhsil hər bir dövlətin gələcəyidir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər  inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə  çalışırıq və bundan sonra da çalışmalıyıq ki, təhsilin səviyyəsi ən yüksək dünya standartlarına cavab versin. Ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Bu əminlik də ifadə edilir ki,  təhsillə bağlı olan islahatlar, yeniliklər  öz nəticəsini verəcək və verir. Təbii ki, cənab Prezidentin bu inamına  əsas verən  ölkənin təhsil sisteminin inkişafı üçün  möhkəm təməlin yaradılması və zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən önəmli addımları atmaqla  bugünkü inkişafın əsasını qoymuşdur. Ümummilli Liderin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə  Azərbaycan təhsilinin inkişafı prioritet məsələ kimi öndə dayanıb. Son 18 ildən artıq müddətdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  təhsil sahəsində  yeniliklərin, təkmilləşmənin davamlı olmasında özünü qabarıq şəkildə büruzə verir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə paralel addımlayır: "Təhsilə göstərilən diqqət  büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bunun də səbəbləri aydındır. Təhsilə yatırılan vəsait gələcəyimizə yönələn investisiyadır.  Hər dövrün tələbinə uyğun olaraq qarşıya yeni vəzifələr çıxır ki, bunun da icrası kadr potensialını aktuallaşdırır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu hədəfi də açıqlamışdır ki, kadr hazırlığı  ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır.»

YAP Xətai rayon təşkilatının sədri təhsilin inkişafının məktəbəqədər, həmçinin orta təhsil müəssisələrindən başlandığını önə çəkərək məktəb binalarının tikintisinin və yenidən bərpasının prioritet məsələ olduğunu vurğulayıb: "Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla  təchizatına, ümumilikdə  təhsil infrastrukturunun tam yenilənməsinə göstərdikləri diqqət və qayğının nəticələri göz önündədir. Ölkəmizin  təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmasına başlanmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, bu tədbirlər sırasında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi əsasdır. Bu istiqamətdə məktəb binalarının tikintisini əhatə edən digər proqramlar da təsdiq olunub. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına əsasən ölkədə ümumtəhsil məktəblərinin infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi mümkün olmuşdur. Hər yeni tədris ilində cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə onlarla məktəb binası istifadəyə verilir. Ən ucqar kəndlərdə, qəsəbələrdə belə modul tipli məktəblərin quraşdırılması təhsilə əlçatanlığı təmin edir. Qəzalı, istismar müddəti başa çatmış məktəblərlə bağlı problemlər də öz həllini tapıb.”  

"Təhsil islahatları təkcə məktəb binalarının tikintisi ilə məhdudlaşmır” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun tətbiqi, yeni dərsliklərin yaradılması və sair istiqamətlərdə də  islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır. Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsidir. Hazırda respublika üzrə cəmi 4 mindən artıq məktəb var ki, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Heydər Əliyev Fondunun  təhsilin inkişafına xidmət edən  layihələri təqdirəlayiqdir: "Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində  2 mindən artıq yeni məktəb binası tikilib, eyni zamanda, yenidən qurulub, bərpa edilib. Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər. Heydər Əliyev Fondunun 2005-ci ildən  həyata keçirdiyi "Yeniləşən Azərbaycana  yeni məktəb» layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial- iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür. Ümumilikdə ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz edilməsi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.”

Vüqar Rəhimzadə dünyada innovasiyalar ölkəsi kimi tanınan Azərbaycanda  ali təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, həmçinin  tələbələrin elmin sirlərinə daha dərindən yiyələnmələri üçün  atılan addımlardan da bəhs edib: "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət başçısı İlham Əliyevin bu il imzaladığı müvafiq Sərəncamla təsdiqlənən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir."

YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar islahatlar prosesinin digər sahələr kimi, təhsildə də davam etdirilməsini bir zərurətə çevirir. "Ağıllı şəhər” və "ağıllı kənd” layihələri çərçivəsində bərpa edilən işğaldan azad olunmuş ərazilərimiz müasir dövrün yeniliklərini özündə əks etdirir. Bu baxımdan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına, insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook